14 iyul 2025 02:59
133

Bitkoin yeni tarixi rekorda imza atıb

Bitkoin 119 min dollar həddini keçərək yeni tarixi rekorda imza atıb.

“İki sahil” xəbər verir ki, bu barədə "Binance"in məlumatlarında bildirilir.

İyulun 13-də kriptovalyutanın dəyəri 119.216 dollara çatıb. Sonra məzənnə yenidən dəyişərək 118.000 dollar mövqeyində qərarlaşıb.

Son bir ayda Bitkoinin məzənnəsi 12,9% artıb.