12 iyul 2025 15:45
161

Fransa və Rusiyanı birləşdirən "dəyər" - Şübhəli intiharlar, ölümlər…

Fransa Milli Assambleyasının sağçı “Respublikaçılar” partiyasının üzvü Olivye Marleksin öz seçki  dairəsində Anet Kommunasında intihar etməsi bu ölkənin və onun prezidenti Emmanuel Makronun “demokratiyasının” ifadəsidir. Məlumat üçün bildirək ki, 54 yaşlı deputat bazar ertəsi evində ölü tapılıb. Marleks deputat seçilməzdən əvvəl bu ölkənin sabiq  dövlət başçısı Nikola Sarkozinin hakimiyyəti dövründə (2007-2012-ci illər) prezidentin müşaviri olub. Özünü guya beynəlxalq aləmdə demokratiyanın əsas simalarından hesab edən Makronun bu ölkənin Milli Assambleyasında yaratdığı özbaşınalıq ölkədə narazılıqla qarşılanıb.

Özünü demokratik adlandıran bir ölkədə polisin dəyənəkdən istifadə etməsi isə adi haldır. Artıq fransız cəmiyyətinin tanınmışları da zorakılığa, qəddarlığa qarşı öz etirazlarını bildirməyə başlayıblar. Emmanuel Makron və daxili işlər naziri polis zorakılığını nümayiş etdirən videoların sosial şəbəkələrdə geniş surətdə yayıldığını gördükdən sonra, bir daha belə halların baş verməməsi üçün müvafiq tədbirlər görəcəklərinə söz versələr də, təəssüflər olsun ki, bu hallara son qoyulmayıb. Deputatın belə biabırçı şəkildə intiharı isə müstəmləkəçilik  siyasətinə sadiq Makronun neokolonialist, islomofob  siyasətlərinə etirazın daha bir nümünəsidir.

Diqqətə çatdıraq ki, Fransada baş verən bu hadisəyə bənzər “parlament şouları” bu ölkəyə yaxın təmasda olan Rusiya və Ermənistanda mütəmadi baş verən çəkişmələrdəndir. Yelisey Sarayının “təcrübəsi”ndən nümünə götürən rəsmi Kreml və İrəvanda da obyektiv fikirlər söyləyən siaysilərə qarşı təzyiqlər tez-tez müşahidə olunur. Səbəbi bəlli olmayan intihar faktları da bununla bağlıdır. Fransada olduğu kimi Rusiyada tez-tez siyasi çəxslər ya öldürülür, ya da guya intihar edir.  Əsl səbəblər isə təbii ki, gizlədilir. Rusiyanın bayquş xislətli, bədniyyətli Solovyov kimi sözcülərinin böhtan və təxribatları bu ölkə deputat rəyindən üstün tutulur. Bu isə Rusiya real vəziyyətin göstəricisidir. 

Bu faktlar Fransa və Rusiyanı birləşdirən oratq "dəyərlər"dir. 

Xuraman İsmayılqızı, “İki sahil”