Amerikalı döyüşçü Mett Braun UFC-dən uzaqlaşdırılıb.
“İki sahil” xəbər verir ki, iştirakçıların siyahısında "təmizləmə işləri" aparan yarışın təşkilatçıları 44 yaşlı idmançı ilə də yolları ayırıb.
M.Braun 2008-ci ildən UFC-də mübarizə aparırdı. Onun liqada 17 qələbəsi və 13 məğlubiyyəti var.
Qeyd edək ki, M.Braun son vaxtlarda UFC-ni tərk edən yeganə idmançı deyil. Daha əvvəl britaniyalı Cordan Vuçeniç, amerikalı Trevin Gils, braziliyalı Vivian Arauxo və konqolu Ance Luza da UFC-dən uzaqlaşdırılıb.
Mingəçevir Reqatası-2026" beynəlxalq turnirinə bu gün Füzulidə start veriləcək
Dünya çempionatında uğurla çıxış edən Azərbaycan gimnastları Vətənə qayıdıblar