ABŞ-də keçirilən klublararası dünya çempionatında yarımfinal mərhələsinin ikinci oyunu bu gün keçiriləcək.
“İki sahil” xəbər verir ki, UEFA Çempionlar Liqasının son qalibi Fransanın PSJ klubu İspaniya təmsilçisi "Real"la üz-üzə gələcək.
Qarşılaşma Bakı vaxtı ilə saat 23:00-da start götürəcək. Qalib komanda finalda İngiltərənin "Çelsi" kollektivi ilə görüşəcək.
Qeyd edək ki, final matçı iyulun 13-də, Bakı vaxtı ilə saat 23:00-da baş tutacaq.
Mingəçevir Reqatası-2026" beynəlxalq turnirinə bu gün Füzulidə start veriləcək
Dünya çempionatında uğurla çıxış edən Azərbaycan gimnastları Vətənə qayıdıblar