Futzal millimizin qapıçısı Rövşən Hüseynlinin yeni klubu müəyyənləşib.
“İki sahil” xəbər verir ki, 34 yaşlı qolkiper sabiq komandası "Araz-Naxçıvan"a keçib. Bu barədə klubunun mətbuat xidməti məlumat yayıb.
Onunla 1 illik razılıq əldə olunub.
Qeyd edək ki, Rövşən Hüseynli iyunun 30-da Qazaxıstanın "Astana" komandasından ayrıldığını açıqlayıb. O, 2024-cü ilin yayında bu kluba keçmişdi.
Xatırladaq ki, "Araz-Naxçıvan" UEFA Çempionlar Liqasının F qrupunda "Lyuti Krayişnitsi" (Avstriya), "PYF Saltires" (Şotlandiya) və "Sparta" (Şimali İrlandiya) komandaları ilə qarşılaşacaq. Oyunlar 26-31 avqustda Avstriyanın Lins şəhərində keçiriləcək.
Üzgüçülük Federasiyasının rəsmi maskotları artıq sizinlədir - Araz, Damla və Xəzər!
Mingəçevir Reqatası-2026" beynəlxalq turnirinə bu gün Füzulidə start veriləcək
Dünya çempionatında uğurla çıxış edən Azərbaycan gimnastları Vətənə qayıdıblar