“Fənərbaxça” “Əl-Nəsr”in futbolçusu Con Duranın keçidini reallaşdırıb.
“İki sahil” xəbər verir ki, bu barədə klubun mətbuat xidməti məlumat yayıb.
İstanbul təmsilçisi 21 yaşlı hücumçunu 1 illik icarə əsasında transfer edib. Razılaşmaya əsasən, kolumbiyalı oyunçunun maaşını bu müddət ərzində "Fənərbaxça" ödəyəcək.
Qeyd edək ki, Con Duran bu ilin əvvəlində “Aston Villa”dan Səudiyyə klubuna transfer olunub. O, ötən mövsüm 47 oyuna çıxaraq 24 qol vurub.