"Nyukasl" "Atalanta"nın futbolçusu Corcio Skalvini ilə maraqlanır.
“İki sahil” xəbər verir ki, bu barədə "La Gazzetta dello Sport" məlumat yayıb.
Berqamo təmsilçisi Premyer Liqa klubunun marağına baxmayaraq, öz yetirməsi ilə yollarını ayırmaq niyyətində deyil. Klub rəhbərliyi 21 yaşlı mərkəz müdafiəçisini "toxunulmaz" oyunçu hesab edir və ona görə gələcək istənilən təklifi rədd edəcək.
Qeyd edək ki, Skalvininin "Atalanta" ilə mövcud müqaviləsi 2028-ci ilin yayına qədər qüvvədədir.
Xatırladaq ki, gənc futbolçu ötən mövsümün böyük hissəsini ciddi zədə səbəbindən buraxıb. O, cəmi 8 oyunda iştirak edib və məhsuldar göstəricisi olmayıb.
Üzgüçülük Federasiyasının rəsmi maskotları artıq sizinlədir - Araz, Damla və Xəzər!
Mingəçevir Reqatası-2026" beynəlxalq turnirinə bu gün Füzulidə start veriləcək
Dünya çempionatında uğurla çıxış edən Azərbaycan gimnastları Vətənə qayıdıblar