"Lester"in sabiq hücumçusu Ceymi Vardi karyerasını "Cenoa" klubunda davam etdirə bilərdi.
“İki sahil” xəbər verir ki, bu barədə "La Repubblica" nəşri məlumat yayıb.
38 yaşlı futbolçu ilə əməkdaşlıq şərtləri artıq razılaşdırılmışdı. Lakin İtaliya klubunun baş məşqçisi Patrik Viyera bu transferin qarşısını alıb və onun komandaya qoşulmasına ehtiyac görməyib.
Qeyd edək ki, Vardi ötən mövsüm komandasının heyətində 36 oyunda meydana çıxıb, 10 qol vurub və 4 məhsuldar ötürmə verib. O, 2012-ci ildən "Lester"in şərəfini qoruyurdu. Təcrübəli forvard "tülkülər"in heyətində İngiltərə Premyer Liqasının, eləcə də ölkə kuboku və Superkubokunun qalibi olub.