Rusiyanın Gənclər Liqasının XIII turunda ÇSKA və “Lokomotiv” klubları arasında keçirilən görüş kütləvi dava ilə yekunlaşıb.
“İki sahil” Rusiya mətbuatına istinadən xəbər verir ki, futbolçular və məşqçilər arasında baş verən davada ümumilikdə 40-dan çox adam iştirak edib.
Nəticədə ÇSKA-dan beş, "Lokomotiv"dən isə üç futbolçu qırmızı vərəqə ilə cəzalandırılıb.
Qeyd edək ki, görüş ÇSKA-nın 2:1 hesablı qələbəsi ilə başa çatıb.
Üzgüçülük Federasiyasının rəsmi maskotları artıq sizinlədir - Araz, Damla və Xəzər!
Mingəçevir Reqatası-2026" beynəlxalq turnirinə bu gün Füzulidə start veriləcək
Dünya çempionatında uğurla çıxış edən Azərbaycan gimnastları Vətənə qayıdıblar