"Bavariya"nın futbolçusu Camal Musiala klublararası dünya çempionatının 1/4 finalında Fransanın PSJ klubuna qarşı keçirilən oyunun (0:2) ilk hissəsinin sonunda ağır zədə alıb.
“İki sahil” xəbər verir ki, 22 yaşlı yarımmüdafiəçi PSJ-nin qapıçısı Canluici Donnarumma ilə toqquşmadan sonra ayağını sındırıb.
Görüntülərdən Musialanın oyunu davam etdirə bilmədiyi və xərəkdə meydanı tərk etdiyi görünür. Donnarumma isə fasilə zamanı paltardəyişmə otağına gedərkən göz yaşlarını saxlaya bilməyib.

Ayxan Abbasov: Meydanda fərqli və hücumameyilli oyun nümayiş etdirməyə çalışacağıq
Cüdo məşqçiliyi ixtisası üzrə təhsil alan tələbələr üçün praktiki ustad dərsləri təşkil olunub
Ağakərim Səmədzadə Azərbaycan Alpinizm Federasiyasının yeni prezidenti seçilib