"Beşiktaş" "Napoli"nin isveçli futbolçusu Yens Kajusteni rənglərinə bağlamaq üzrədir.
“İki sahil” Türkiyə mətbuatına istinadla xəbər verir ki, “ağ-qaralar”son mövsümü icarə əsasında “İpsviç Taun”da keçirən 25 yaşlı müdafiəyə meyilli yarımmüdafiəçi ilə anlaşıb və klubu ilə ödəniş planını dəqiqləşdirməyə çalışır.
"Beşiktaş"a almaq opsiyonu ilə icarəyə veriləcəyi gözlənilən olan Yens Kajuste 25 matçda İsveç millisinin formasını geyinib.
Napoli ilə ödəmə planları dəqiqləşdikdən sonra futbolçu tibbi müayinədən keçmək və rəsmi müqavilə imzalamaq üçün İstanbula dəvət olunacaq.
Məhərrəm Ağalaroğlu, “İki sahil”
Üzgüçülük Federasiyasının rəsmi maskotları artıq sizinlədir - Araz, Damla və Xəzər!
Mingəçevir Reqatası-2026" beynəlxalq turnirinə bu gün Füzulidə start veriləcək
Dünya çempionatında uğurla çıxış edən Azərbaycan gimnastları Vətənə qayıdıblar