Qazaxıstanın paytaxtı Astanada keçirilən boks üzrə Dünya Kubokunda yarımfinal döyüşləri başa çatıb.
“İki sahil” xəbər verir ki, Azərbaycan millisinin bu mərhələdə 3 boksçusu mübarizə aparıb.
Sübhan Mamedov (50 kiloqram), Məhəmmədəli Qasımzadə (60 kiloqram) və Məhəmməd Abdullayev (+90 kiloqram) bürünc medala yiyələniblər.
Qeyd edək ki, sabah yekunlaşacaq Dünya Kubokuna 30 ölkədən 300-dək boksçu qatılıb.
Üzgüçülük Federasiyasının rəsmi maskotları artıq sizinlədir - Araz, Damla və Xəzər!
Mingəçevir Reqatası-2026" beynəlxalq turnirinə bu gün Füzulidə start veriləcək
Dünya çempionatında uğurla çıxış edən Azərbaycan gimnastları Vətənə qayıdıblar