Azərbaycan boksçusu Sübhan Mamedov (50 kq) Qazaxıstanın paytaxtı Astanada keçirilən Dünya Kubokunu bürünc medalla başa vurub.
“İki sahil” xəbər verir ki, bu barədə Azərbaycan Boks Federasiyasının mətbuat xidməti məlumat yayıb.
Buna Mamedovun yarımfinalda yerli idmançı Sanjar Taşkenbaya uduzması səbəb olub.
Qeyd edək ki, 30 ölkədən 300-dək boksçunun qatıldığı Dünya Kubokunda yarımfinal döyüşləri davam edir.
Üzgüçülük Federasiyasının rəsmi maskotları artıq sizinlədir - Araz, Damla və Xəzər!
Mingəçevir Reqatası-2026" beynəlxalq turnirinə bu gün Füzulidə start veriləcək
Dünya çempionatında uğurla çıxış edən Azərbaycan gimnastları Vətənə qayıdıblar