Ukraynalı məşqçi Andrey Zaporozhan 3 illik diskvalifikasiya edilib.
“İki sahil” xəbər verir ki, bu barədə Ukrayna Futbol Assosiasiyasının (UAF) mətbuat xidməti məlumat yayıb.
42 yaşlı mütəxəssis UAF-ın Etika və Feyr Pley Kodeksinə uyğun gəlməyən hərəkət etdiyi üçün cəzalanıb. O, üç il ərzində futbolla bağlı hər hansı fəaliyyətlə məşğul ola bilməyəcək.
"Levıy Bereq"in sabiq baş məşqçisi Premyer Liqanın XIV turunda "Rux"a uduzduqları (0:1) matçdan əvvəl hakimə rüşvət verməyə çalışıb.
Qeyd edək ki, "Levıy Bereq" ötən mövsümün yekunlarına əsasən aşağı liqaya düşüb. Komanda iyunun əvvəlində Andrey Zaporozhanla yollarını ayırıb.
Ayxan Abbasov: Meydanda fərqli və hücumameyilli oyun nümayiş etdirməyə çalışacağıq
Cüdo məşqçiliyi ixtisası üzrə təhsil alan tələbələr üçün praktiki ustad dərsləri təşkil olunub
Ağakərim Səmədzadə Azərbaycan Alpinizm Federasiyasının yeni prezidenti seçilib