İtaliyanın Kaorle şəhərində U-20 Avropa çempionatı davam edir.
“İki sahil” xəbər verir ki, beşinci yarış günündə qadın güləşi üzrə mübarizəyə yekun vurulub.
Ruzanna Məmmədova (62 kiloqram) finalda almaniyalı Leoni Steyqertlə qarşılaşıb. Gərgin mübarizə şəraitində keçən görüşdə 4:3 hesablı qələbə qazanan Ruzanna ardıcıl ikinci dəfə gənclər arasında Avropa çempionu olub.
Zəhra Kərimzadə (72 kiloqram) təsəlliverici görüşdə xorvatiyalı Veronika Vilkə 2:8 hesabı ilə məğlub olub.
Beləliklə, qadın millimiz qitə birinciliyini 2 qızıl medalla başa vurub. Xatırladaq ki, ötən gün Günay Qurbanova (59 kiloqram) Avropa çempionu olub.
Üzgüçülük Federasiyasının rəsmi maskotları artıq sizinlədir - Araz, Damla və Xəzər!
Mingəçevir Reqatası-2026" beynəlxalq turnirinə bu gün Füzulidə start veriləcək
Dünya çempionatında uğurla çıxış edən Azərbaycan gimnastları Vətənə qayıdıblar