FIFA prezidenti Canni İnfantino Portuqaliya millisinin və İngiltərənin "Liverpul" klubunun futbolçusu Dioqo Jotanın faciəli şəkildə həlak olması ilə bağlı başsağlığı verib.

“İki sahil” xəbər verir ki, bu barədə FIFA-nın rəsmi saytında məlumat yayılıb.
Canni İnfantino futbol dünyası adından Jota və onun qardaşı Andre Silvanın ölümü ilə bağlı dərin kədər hissi keçirdiyini bildirib:
"Dieqo Jota və onun qardaşı Andre Silvanın avtomobil qəzasında faciəvi şəkildə həlak olmasından dərin sarsıntı keçirdim. Onların ailəsinə, "Liverpul", "Penafyel" klublarına, həmçinin Portuqaliya Futbol Federasiyasına dərin hüznlə başsağlığı verirəm. Bu itkini futbol dünyası üçün böyük itki hesab edirəm".
Qeyd edək ki, Dioqo Jotanın idarə etdiyi avtomobil gecə saatlarında qəzaya uğrayaraq yanıb. Nəticədə Jota və onun qardaşı Andre Silva hadisə yerində həyatını itirib.
Üzgüçülük Federasiyasının rəsmi maskotları artıq sizinlədir - Araz, Damla və Xəzər!
Mingəçevir Reqatası-2026" beynəlxalq turnirinə bu gün Füzulidə start veriləcək
Dünya çempionatında uğurla çıxış edən Azərbaycan gimnastları Vətənə qayıdıblar