03 iyul 2025 12:11
131

"Mançester Siti" axtardığını tapdı

"Mançester Siti" bu yay heyətində yeni qapıçı görmək istəyir. 

“İki sahil” xəbər verir ki, bu barədə BBC məlumat yayıb.

Klub "Prtu"nun qapıçısı Dioqo Kostanı transfer etməyi hədəfləyib. İngiltərə təmsilçisi qolkiperin transferi ilə bağlı "Portu" ilə fəal danışıqlar aparır.

“Şəhərlilər” 25 yaşlı futbolçu üçün 75 milyn avro ödəməyə hazırdırlar. Kostanın özünün transferə yaşıl işıq yandırdığı qeyd edilir. Onun meneceri Xorxe Mendeş isə qapıçının bu müqaviləni bağlamağında israrlıdır.

Ötən mövsüm Kosta 43 oyun keçirib, 45 qol buraxıb. Onun "Portu" ilə müqaviləsi 2027-ci ilə qədərdir.