İtaliyanın Kaorle şəhərində keçiriən U-20 Avropa çempionatında yunan-Roma güləşi üzrə yarışa yekun vurulub.
“İki sahil” xəbər verir ki, Azərbaycan Güləş Federasiyasından verilən məlumata görə, millimiz 1 qızıl, 3 gümüş, 2 bürünc medalla 129 xal toplayıb və komanda hesabında Avropa ikincisi olub.
Yığmamız çempion olan Gürcüstandan cəmi 6 xal geri qalıb. İlk “3-lük”də yer alan Ukrayna da 129 xal toplayıb. Ancaq medalların əyarına görə millimiz öndə yer alıb.
Xatırladaq ki, böyük məşqçi Nurəddin Rəcəbov, məşqçilər Emin Əhmədov və Turac Hüseynlinin rəhbərliyi altında Ayxan Cavadov (60 kiloqram) qızıl, Turan Daşdəmirov (55 kiloqram), Tural Əhmədov (63 kiloqram) və Davud Məmmədov (77 kiloqram) gümüş, Fəraim Mustafayevlə (67 kiloqram) və Elmin Əliyev (82 kiloqram) isə bürünc medal qazanıblar.
Üzgüçülük Federasiyasının rəsmi maskotları artıq sizinlədir - Araz, Damla və Xəzər!
Mingəçevir Reqatası-2026" beynəlxalq turnirinə bu gün Füzulidə start veriləcək
Dünya çempionatında uğurla çıxış edən Azərbaycan gimnastları Vətənə qayıdıblar