Qırğızıstan Prezidenti Sadır Japarov iyulun 3-də Xankəndidə keçiriləcək İqtisadi Əməkdaşlıq Təşkilatının (ECO) 17-ci sammitində iştirak etmək üçün Azərbaycana ikigünlük işgüzar səfər edəcək.
“İki sahil”in qırğız mediasına istinadən məlumatına görə, bu barədə dövlət başçısı administrasiyasının xarici siyasət şöbəsinin müdiri Sağınbek Abdumutalip məlumat verib.
S.Abdumutalip qeyd edib ki, "ECO-nun etibarlı və iqlimə davamlı gələcək üçün yeni baxışı" mövzusunda keçiriləcək sammitdə tərəflər təşkilatın gündəliyindəki aktual məsələləri, o cümlədən üzv dövlətlər tərəfindən iqlim dəyişikliyinin qarşısının alınması üçün görülən tədbirləri müzakirə edəcəklər.
S.Japarovun səfəri zamanı, həmçinin Qırğızıstan tərəfindən inşa edilmiş Ağdam rayonundakı "Aykol Manas" məktəbinin rəsmi açılışı da baş tutacaq.
Mehriban Əliyeva Pasxa bayramı münasibətilə Azərbaycanın xristian icmasını təbrik edib
Mərkəz rəhbəri: Vətəndaş cəmiyyətinin gələcək fəaliyyətinin necə olacağı barədə müzakirə aparılıb