Özbəkistan Azərbaycanla yeni birgə layihələrin həyata keçirilməsi, işgüzar əlaqələrin aktivləşdirilməsi və strateji tərəfdaşlığın daha da möhkəmləndirilməsinə yönəlib.
“İki sahil” xəbər verir ki, bu barədə “Report”a Özbəkistan xarici işlər nazirinin müşaviri, xarici siyasət idarəsinin mətbuat katibi Ahror Burxanov Özbəkistan Prezident Şavkat Mirziyoyevin iyulun 2-4-də Azərbaycana dövlət səfərini şərh edərkən bildirib.
O qeyd edib ki, rəsmi Daşkənd Özbəkistan-Azərbaycan münasibətlərinin dinamikasını yüksək qiymətləndirir: "Bu gün onlar bütün istiqamətlərdə davamlı artım nümayiş etdirirlər".
Mehriban Əliyeva Pasxa bayramı münasibətilə Azərbaycanın xristian icmasını təbrik edib
Mərkəz rəhbəri: Vətəndaş cəmiyyətinin gələcək fəaliyyətinin necə olacağı barədə müzakirə aparılıb