Ultimate Fighting Championship (UFC) saytında yenilənmiş reytinq siyaısı yerləşdirilib.
“İki sahil” "Kommersant"a istinadla xəbər verir ki, rusiyalı İslam Mahaçev çəki dərəcələrindən asılı olmayaraq (P4P) ən yaxşı döyüşçülərin reytinqində ikinci yerə düşüb.
Reytinqə gürcü əsilli ispan döyüşçüsü İliya Topuriya başçılıq edir.
Siyahı yenilənməmişdən əvvəl o, üçüncü yerdə idi. İyunun 29-da Topuriya ilk raundda braziliyalı Çarlz Oliveyranı nokaut edərək UFC yüngül çəkidə çempion oldu. P4P reytinqində üçüncü yeri gürcü əsilli amerikalı döyüşçü Merab Dvalişvili tutur.
Üzgüçülük Federasiyasının rəsmi maskotları artıq sizinlədir - Araz, Damla və Xəzər!
Mingəçevir Reqatası-2026" beynəlxalq turnirinə bu gün Füzulidə start veriləcək
Dünya çempionatında uğurla çıxış edən Azərbaycan gimnastları Vətənə qayıdıblar