4-6 iyul 2025-ci il tarixlərində Azərbaycan Karate Federasiyası və Bakı Şəhər Gənclər və İdman İdarəsinin birgə əməkdaşlığı, Arpaçay İdman Birliyinin tərkibində fəaliyyət göstərən Arpaçay Karate Klubunun təşkilatçılığı ilə 44 günlük Vətən müharibəsində Azərbaycan Ordusunun əldə etdiyi Tarixi Qələbəyə həsr olunmuş “Zəfər Kuboku” adlı karate turniri keçiriləcək.
“İki sahil” xəbər verir ki, Arpaçay İdman Birliyinin birinci vitse-prezidenti Yavər Hüseynovun verdiyi məlumata görə, uşaq, yeniyetmə və gənclərin mübarizə aparacağı “Zəfər Kuboku” yarışında Azərbaycanın paytaxtı Bakı şəhərindən və regionlardan 800-ə yaxın idmançının iştirakı gözlənilir.
Y.Hüseynov onu da bildirib ki, “Zəfər Kuboku” turnirinin təntənəli açılış mərasimi 5 iyul saat 15:00-da “Sərhədçi” İdman Olimpiya Mərkəzində baş tutacaq.
Üzgüçülük Federasiyasının rəsmi maskotları artıq sizinlədir - Araz, Damla və Xəzər!
Mingəçevir Reqatası-2026" beynəlxalq turnirinə bu gün Füzulidə start veriləcək
Dünya çempionatında uğurla çıxış edən Azərbaycan gimnastları Vətənə qayıdıblar