"İnter"in erməni yarımmüdafiəçisi Henrix Mxitaryan ABŞ-də keçirilən klublararası dünya çempionatında dava salıb.
“İki sahil” xəbər verir ki, səkkizdəbir final mərhələsinin "Fluminense" ilə oyunu zamanı meydanda gərginlik yaşanıb.
Birinci hissənin sonunda "Fluminense"nin baş məşqçisi Renato Qauço meydandan çıxan topu Mxitaryandan uzaqlaşdırıb. Buna əsəbiləşən erməni futbolçu məşqçini itələyib.
Həmin epizoddan sonra meydanda tərəflər arasında gərginlik yaşanıb. Hakim Qauçoya həmin hadisəyə görə sarı vərəqə verib.
Xatırladaq ki, "Fluminense" "İnter"i 2:0 hesabı ilə məğlub edərək növbəti raunda vəsiqə qazanıb.
Üzgüçülük Federasiyasının rəsmi maskotları artıq sizinlədir - Araz, Damla və Xəzər!
Mingəçevir Reqatası-2026" beynəlxalq turnirinə bu gün Füzulidə start veriləcək
Dünya çempionatında uğurla çıxış edən Azərbaycan gimnastları Vətənə qayıdıblar