30 iyun 2025 01:59
168

"Sabah" Avstriyada ilk oyununu keçirdi

“Sabah” bu gün Avstriyadakı yay toplanışı çərçivəsində ilk yoxlama oyununa çıxıb. 

“İki sahil” xəbər verir ki, Azərbaycan kubokunun qalibi Sloveniyada Rumıniyanın “Rapid” klubu ilə qarşılaşıb.

Oyun 2:2 hesablı heç-heçə ilə başa çatıb. Bu, komandanın yeni baş məşqçisi Valdas Dambrauskasın "Sabah"da ilk oyunu olub. 

Masazır təmsilçisinin heyətində Coy-Lens Mikels və Xəyal Əliyev vurub. 

29 iyun

Yoxlama oyunu 

19:30 “Sabah” (Azərbaycan) – “Rapid” (Buxarest, Rumıniya) - 2:2

Qeyd edək ki, "Sabah" 2-ci yoxlama matçını iyulun 3-də Macarıstanın “Paksi” klubuna qarşı keçirəcək.