Türkiyənin "Beşiktaş" klubu çexiyalı David Yuraseki heyətinə qatıb.
“İki sahil” xəbər verir ki, bu barədə klub məlumat yayıb.
Qeyd edilib ki, sol cinah müdafiəçisi Portuqaliyanın "Benfika" komandasından satın alma opsionu ilə icarəyə götürülüb.
"Klubumuz peşəkar futbolçu David Yurasekin 2025-26 mövsümü transfer fəaliyyətləri çərçivəsində satın alma opsiyonu ilə müvəqqəti transferi ilə bağlı Benfika ilə razılığa gəldi.” - klubun yaydığı açıqlamada qeyd edilib.
Qeyd edək ki, ötən mövsüm Almaniyanın "Hoffenhaym" komandasında icarə əsasında çıxış edən çexiyalı futbolçu 22 matçda meydana çıxıb.
Məhərrəm Ağalaroğlu, “İki sahil”
Üzgüçülük Federasiyasının rəsmi maskotları artıq sizinlədir - Araz, Damla və Xəzər!
Mingəçevir Reqatası-2026" beynəlxalq turnirinə bu gün Füzulidə start veriləcək
Dünya çempionatında uğurla çıxış edən Azərbaycan gimnastları Vətənə qayıdıblar