Azərbaycan millisinin hücumçusu Mahir Emreli yeni komandası “Kayzerslauter”in (Almaniya) heyətində növbəti matçına çıxıb.
“İki sahil” xəbər verir ki, 27 yaşlı futbolçu bu gün Almaniyanın “Hermersberq” klubuna qarşı yoxlama oyununun iştirakçısı olub.
Emreli əsas heyətdə yer alıb. O, komandasının 6-cı qolunu vurub.
Matçın yekun nəticəsi isə 10:0 hesabı ilə “Kayzerslauter”in xeyrinə başa çatıb.
Qeyd edək ki, bu, “Kayzerslautern”in 2025/26 mövsümünə hazırlıq çərçivəsində ikinci oyunu olub. Almanların ilk oyunu isə Lüksemburqun "Saar" komandasına qarşı olub. Mahir həmin görüşdə də 1 qol vurub.
Üzgüçülük Federasiyasının rəsmi maskotları artıq sizinlədir - Araz, Damla və Xəzər!
Mingəçevir Reqatası-2026" beynəlxalq turnirinə bu gün Füzulidə start veriləcək
Dünya çempionatında uğurla çıxış edən Azərbaycan gimnastları Vətənə qayıdıblar