29 iyun 2025 15:40
146

"Əl-Nəsr"də yeni baş məşqçi

Stefano Pioli ilə yollarını ayıran "Əl-Nəsr"in yeni baş məşqçisi bəlli olub.

“İki sahil” xəbər verir ki, Səudiyyə Ərəbistanı klubunu Jorje Jezus çalışdıracaq.

Bu barədə tanınmış insayder Fabritsio Romano məlumat yayıb..

"Əl-Nəsr"in portuqaliyalı ulduz futbolçusu Kriştiano Ronaldonun həmyerlisinin komandaya gətirilməsində vasitəçi olduğu bildirilib.

Qeyd edək ki, 70 yaşlı mütəxəssis mayın əvvəlində "Əl-Hilal"ı tərk edib. O, 2024-cü ildə komandaya Səudiyyə Ərəbistanı çempionu və kuboku titullarını qazandırıb.