"Karvan" müdafiəçisi Müşviq Teymurovla yollarını ayırıb.
Klubdan “İki sahil”ə verilən məlumata görə, futbolçunun başa çatan müqavilə müddəti yenilənməyib.
Yevlax futbol məktəbinin yetirməsi olan Teymurov son iki mövsüm bölgə təmsilçisində 45 oyun keçirib və “Karvan”ın kapitanlarından olub.
Qeyd edək ki, "Karvan" ötən mövsüm Azərbaycan I Liqasını 47 xalla üçüncü sırada başa vuraraq Premyer Liqada iştirak hüququ qazanıb.
Üzgüçülük Federasiyasının rəsmi maskotları artıq sizinlədir - Araz, Damla və Xəzər!
Mingəçevir Reqatası-2026" beynəlxalq turnirinə bu gün Füzulidə start veriləcək
Dünya çempionatında uğurla çıxış edən Azərbaycan gimnastları Vətənə qayıdıblar