"Mançester Yunayted" "Milan"ın futbolçusu Rafael Leaunu əsas transfer hədəfi kimi görür.
“İki sahil” xəbər verir ki, bu barədə "Caught Offside" nəşri məlumat yayıb.
İngiltərə təmsilçisi portuqaliyalı vingeri yay transfer dövründə heyətinə qatmaqda israrlıdır. İtaliya klubu 26 yaşlı oyunçunu 68-85 milyon funt sterlinq (təxminən 80-100 milyon avro) aralığında bir məbləğə satmağa hazırdır.
Mançester klubu isə ilk təklifi 60 milyon funt sterlinq civarında təqdim etməyi planlaşdırır.
"Mançester Yunayted" Leaunu hədəfləyən klublar arasında tək deyil. "Arsenal" artıq onun nümayəndələri ilə birbaşa danışıqlara başlayıb. Həmçinin, "Çelsi" də portuqaliyalı oyunçunun xidmətində maraqlıdır.
Qeyd edək ki, Rafael Leau ötən mövsüm 50 oyuna çıxıb, 12 qol və 13 məhsuldar ötürmə ilə yadda qalıb. Onun "Milan"la müqaviləsi 2028-ci ilin yayına qədər qüvvədədir.
Üzgüçülük Federasiyasının rəsmi maskotları artıq sizinlədir - Araz, Damla və Xəzər!
Mingəçevir Reqatası-2026" beynəlxalq turnirinə bu gün Füzulidə start veriləcək
Dünya çempionatında uğurla çıxış edən Azərbaycan gimnastları Vətənə qayıdıblar