28 iyun 2025 21:30
123

Azərbaycan millisi Belarusda ilk yoxlama matçını keçirib

Azərbaycanın qadın futbolçulardan ibarət yığması Belarusda təlim-məşq toplanışı çərçivəsində ilk yoxlama matçını keçirib.

“İki sahil” xəbər verir ki, Siyasət Əsgərovun baş məşqçisi olduğu yığma meydan sahibləri ilə üz-üzə gəlib.

Görüş Belarus millisinin 3:0 hesablı qələbəsi ilə yekunlaşıb.

Qeyd edək ki, komandalar arasında ikinci yoldaşlıq oyunu iyulun 1-də Minskdə yerləşən “Traktor” stadionunda təşkil olunacaq.