“Qarabağ” futbol klubunun əvəzedici komandasında yeni təyinat baş tutub.
“İki sahil” xəbər verir ki, komandanın baş məşqçi postu klubun keçmiş kapitanı Maksim Medvedevə həvalə olunub. O, bu vəzifədə Cavad Mirzəbəylini əvəzləyib.
Medvedevin son iş yeri “Qarabağ”ın U-14 komandası olub.
Qeyd edək ki, “Qarabağ”ın əvəzedici komandası ötən mövsümü 58 xalla turnir cədvəlində 4-cü yerdə tamamlayıb.
Üzgüçülük Federasiyasının rəsmi maskotları artıq sizinlədir - Araz, Damla və Xəzər!
Mingəçevir Reqatası-2026" beynəlxalq turnirinə bu gün Füzulidə start veriləcək
Dünya çempionatında uğurla çıxış edən Azərbaycan gimnastları Vətənə qayıdıblar