28 iyun 2025 18:29
120

"Neftçi" növbəti transferini açıqladı

“Neftçi” daha bir futbolçunun keçidini rəsmiləşdirib. 

“İki sahil” xəbər verir ki, bu barədə klubun mətbuat xidməti məlumat yayıb. 

Bakı klubu Murad Xaçayevi transfer edib. 27 yaşlı müdafiəçi ilə 2 illik müqavilə bağlanıb.

Donetsk “Şaxtyor”unun yetirməsi olan Xaçayevin sonuncu klubu “Sumqayıt” (2019-2025) olub. O, Sumqayıt təmsilçisində "Neftçi"nin hazırkı baş məşqçisi Samir Abasovun rəhbərliyi altında da oynayıb. Murad milli komandamızın heyətində 1 oyun keçirib.