Azərbaycanın 16 yaşadək oğlan basketbolçulardan ibarət millisi Qazaxıstanda keçirilən "Airom Cup" beynəlxalq turnirində bürünc medalların sahibi olub.
“İki sahil” xəbər verir ki, bu barədə Basketbol Federasiyasının mətbuat xidməti məlumat yayıb.
Erhan Tokerin rəhbərlik etdiyi komanda yarışı 3 qələbə, bir məğlubiyyətlə başa vurub.
"Barsy Atırau"ya məğlub olan (54:72) yığma, "Auyl Sport" (60:33), "Keepers" (71:16) və "Kutaisi" (58:51) komandaları ilə matçlarda qələbə qazanıb.
Üzgüçülük Federasiyasının rəsmi maskotları artıq sizinlədir - Araz, Damla və Xəzər!
Mingəçevir Reqatası-2026" beynəlxalq turnirinə bu gün Füzulidə start veriləcək
Dünya çempionatında uğurla çıxış edən Azərbaycan gimnastları Vətənə qayıdıblar