Bakıda kontakt karate üslubları üzrə nümunəvi yay seminarı keçirilir.
“İki sahil” xəbər verir ki, Heydər Əliyev Mərkəzində açıq havada təşkil olunan seminarda Azərbaycan Karate Federasiyasının prezidenti Ülvi Quliyev, Gənclər və İdman Naziri Fərid Qayıbov və digər rəsmilər iştirak edir.
500-ə yaxın idmançının yer aldığı seminar üç - Kyokuşinkay Karate, Kosiki-Kudo Karate və Aşihara Karate üslubu üzrə təşkil olunub.
Seminar Şihan Allahverdi Rüstəmov və Rafael Bünyatov tərəfindən keçirilir.
Tədbir 26 iyun - Silahlı Qüvvələr gününə həsr olunub.
Üzgüçülük Federasiyasının rəsmi maskotları artıq sizinlədir - Araz, Damla və Xəzər!
Mingəçevir Reqatası-2026" beynəlxalq turnirinə bu gün Füzulidə start veriləcək
Dünya çempionatında uğurla çıxış edən Azərbaycan gimnastları Vətənə qayıdıblar