Braziliyanın futbol üzrə millisinin baş məşqçisi Karlo Ançelotti bildirib ki, Neymarı 2026-cı il dünya çempionatında komandanın mərkəz oyunçusu etməyi planlaşdırır.
“İki sahil” xəbər verir ki, bu barədə “Ge globo” nəşri məlumat yayıb
"Bəli, mən onunla danışdım. O, komandamız və dünya çempionatı üçün çox vacib oyunçudur. Hazırlaşmalıdır və bunun üçün vaxtı var. Onu Braziliya üçün necə əsas oyunçuya çevirmək barədə dəqiq təsəvvürümüz var.
Vinisiusa 10 nömrə? Bu rəqəm Braziliya üçün çox şey deməkdir. Bu nömrəli forma başqasına gedə bilər, çünki komandamızda onu geyinməyə layiq olan çoxlu oyunçu var”, - “Ge globo” Ançelottinin sözlərini sitat gətirib.
Qeyd edək ki, Neymar son vaxtlar tez-tez zədə aldığı üçün qeyri-sabit oyun nümayiş etdirir.