Türkiyə Futbol Federasiyası (TFF) A milli komandanın baş məşqçisi Vinçentso Montella ilə müqavilənin müddətini uzadacaq.
“İki sahil” TFF-nin rəsmi saytına istinadla xəbər verir ki, artıq tərəflər arasında yeni sözləşmə ilə bağlı razılıq əldə olunub. Anlaşmanın müddəti və digər detalları barədə məlumat verilməyib.
İmzalanma mərasimi iyunun 30-da federasiya prezidenti İbrahim Hacıosmanoğlu və baş məşqçinin iştirakı ilə keçiriləcək.
Qeyd edək ki, Vinçentso Montella 2023-cü ilin sentyabr ayından Türkiyə millisinə başçılıq edir.
Üzgüçülük Federasiyasının rəsmi maskotları artıq sizinlədir - Araz, Damla və Xəzər!
Mingəçevir Reqatası-2026" beynəlxalq turnirinə bu gün Füzulidə start veriləcək
Dünya çempionatında uğurla çıxış edən Azərbaycan gimnastları Vətənə qayıdıblar