Portuqaliyalı futbolçu Kriştianu Ronaldu "Əl-Nəsr"lə yeni müqaviləsinə əsasən yüz milyonlarla avro qazanacaq.
“İki sahil” xəbər verir ki, bu barədə "Marca" nəşri məlumat yayıb.
Nəşrin məlumatına görə, 40 yaşlı idmançı bir mövsümdə 180-200 milyon avro qazanacaq. Məbləğə əmək haqqı və imic hüquqlarından əldə edilən gəlir daxildir. Ronaldu həmçinin kiçik pay alaraq klubun ortaq sahibinə çevrilib. Bundan əlavə, “Əl-Nəsr”in rəhbərləri portuqallara heyəti gücləndirəcəklərinə söz veriblər.
Ronaldu iyunun 26-da "Əl-Nəsr"lə müqaviləsini uzadıb. Portuqaliyalının klubla yeni müqaviləsi iki illikdir.
Üzgüçülük Federasiyasının rəsmi maskotları artıq sizinlədir - Araz, Damla və Xəzər!
Mingəçevir Reqatası-2026" beynəlxalq turnirinə bu gün Füzulidə start veriləcək
Dünya çempionatında uğurla çıxış edən Azərbaycan gimnastları Vətənə qayıdıblar