AFFA və Azərbaycan Əlillər Futbolu Federasiyasının birgə təşkilatçılığı, Sahə Futbol Federasiyasının və Azərbaycan Deflimpiya Komitəsinin dəstəyi ilə eşitmə məhdudiyyətlilər arasında minifutbol üzrə Respublika turnirinə yekun vurulub.
“İki sahil” milli assosiasiyanın mətbuat xidmətinə istinadən xəbər verir ki, üçüncü yer uğrunda görüşdə “Lənkəran” komandası “Bərdə”yə qalib gəlib - 9:2. Həlledici oyunda “Sumqayıt”ı 2:0 hesabı ilə məğlub edən "Gəncə" yarışın qalibi olub. Final görüşünün ardından mükafatlandırma mərasimi keçirilib. Lənkəranda yerləşən “Raypo” İdman-Sağlamlıq Mərkəzində təşkil edilən turnirdə 13 qol vuran “Lənkəran”ın oyunçusu Hüseynbala Talıbzadə ən məhsuldar futbolçuya verilən mükafata sahib olub.
“Gəncə”nin üzvü Fərid İsmayılzadə ən yaxşı qapıçı, “Sumqayıt”dan Ümid İbrahimov isə ən yaxşı oyunçu seçilib.
Üzgüçülük Federasiyasının rəsmi maskotları artıq sizinlədir - Araz, Damla və Xəzər!
Mingəçevir Reqatası-2026" beynəlxalq turnirinə bu gün Füzulidə start veriləcək
Dünya çempionatında uğurla çıxış edən Azərbaycan gimnastları Vətənə qayıdıblar