Azərbaycanda Bilyard Akademiyası fəaliyyətə başlayıb.
“İki sahil” xəbər verir ki, bu barədə Azərbaycan Bilyard Federasiyasından məlumat verilib. Yeni yaradılan akademiya milli komandanın yüksək səviyyədə hazırlıq keçməsi üçün bütün zəruri şəraitlə təmin olunub. Burada həm peşəkar idmançılar, həm də bilyardı yeni öyrənmək istəyən hər kəs üçün nəzərdə tutulmuş xüsusi proqramlar mövcuddur.
Bu gün akademiyada xaricdən dəvət olunmuş tanınmış mütəxəssis, beynəlxalq təcrübəyə malik məşqçi və bir çox aparıcı oyunçuların şəxsi məşqçisi olmuş Ağacan Piriyevin rəhbərliyi ilə seminar keçirilib. Seminar iştirakçılarına nəzəri biliklər, texniki yanaşmalar və peşəkar inkişaf istiqamətləri üzrə tövsiyələr verilib.
Bakıda yol ötürücülərinin və körpülərin texniki vəziyyəti kompleks şəkildə yoxlanılır
Avtobusların dayanacaq yeri "Gənclik Mall"un qarşısındakı məntəqədən təşkil edilib
Qaradağ rayonunda şəhid Səməndər İsmayılzadənin doğum günü ilə əlaqədar anım mərasimi keçirilib
Formula 1 yarışı ilə əlaqədar Azərbaycan viza prosedurunu sadələşdirir - SƏRƏNCAM