27 iyun 2025 13:17
196

Universal döyüşçülərimiz Avropa çempionatından vətənə uğurla döndülər

Ruminiyanın Polovraqi şəhərində Universal Döyüş üzrə Avropa Çempionati baş tutub.

“İki sahil” xəbər verir ki, Azərbaycan yığma komandası Federasiyanın prezidenti Azər Həsənovun rəhbərliyi altında, məşqçi, hakim və 15 idmançı heyəti ilə həmin mötəbər yarışda iştirak ediblər.

Müvafiq yaş qrupları üzrə nəticələrimiz bunlardır:

●10-12 yaş qrupu üzrə:

Həsənli Ömər – I yer

Aslanlı Zakir- I yer

Məmmədov Raul – II yer

●14-15 yaş qrupu üzrə :

Həsənli Tural – I yer

Əhmədli Atilla – III yer

●16-17yaş qrupu üzrə:

Seyidov Adəm – I yer

Orucov Həmid – I yer

 ●17-18 yaş qrupu üzrə

Abdullazadə Abbas – I yer

●Kişilər arası qrupda

Əliyev Ağa -III yer

Hüseynov Mehman – I yer

İnanırıq ki, idmançılarımız sentyabr ayının 25-30-u tarixlərində keciriləcək Dünya Çempionatında da uğurla iştirak edərək, yüksək nəticələrlə ölkəmizi təmsil edəcəklər.