İngiltərənin "Liverpul" klubu yeni futbolçu transferini açıqlayıb.
“İki sahil” xəbər verir ki, bu barədə ölkə çempionunun mətbuat xidməti məlumat yayıb.
Mersisayd təmsilçisi son olaraq "Bornmut"da çıxış edən müdafiəçi Miloş Kerkezi heyətinə qatıb. Macarıstanlı oyunçunun müqaviləsinin detalları açıqlanmayıb.
Qeyd edək ki, M.Kerkez 2024/2025 mövsümündə "Bornmut"da 41 oyun keçirib, 2 qol və 6 məhsuldar ötürmə ilə yadda qalıb.
Üzgüçülük Federasiyasının rəsmi maskotları artıq sizinlədir - Araz, Damla və Xəzər!
Mingəçevir Reqatası-2026" beynəlxalq turnirinə bu gün Füzulidə start veriləcək
Dünya çempionatında uğurla çıxış edən Azərbaycan gimnastları Vətənə qayıdıblar