"Sabah" daha bir futbolçusu ilə müqavilənin müddətini uzadıb.
“İki sahil” xəbər verir ki, bu barədə Bakı təmsilçisinin mətbuat xidməti məlumat yayıb.
Klub Anatoli Nuriyevlə yeni sözləşmə imzalayıb. Anlaşmaya əsasən, 29 yaşlı oyunçu daha bir il "Sabah"ın uğurları üçün çalışacaq.
Qeyd edək ki, Azərbaycan millisinin üzvü olan yarımmüdafiəçi 2022-ci ildən bakılıların heyətində çıxış edir. O, bu müddət ərzində komandada 105 oyun keçirib və 12 qol vurub. "Sabah" daha əvvəl qapıçı Stas Pokatilovla yeni sözləşmə bağlayıb.
Üzgüçülük Federasiyasının rəsmi maskotları artıq sizinlədir - Araz, Damla və Xəzər!
Mingəçevir Reqatası-2026" beynəlxalq turnirinə bu gün Füzulidə start veriləcək
Dünya çempionatında uğurla çıxış edən Azərbaycan gimnastları Vətənə qayıdıblar