“Sabah” klubu qapıçısı Stas Pokatilovla müqavilənin müddətini artırıb.
Bu barədə "İki sahil"ə paytaxt təmsilçisinin mətbuat xidmətindən məlumat verilib.
Qazaxıstan millisinin üzvü ilə mövsümün sonunda başa çatan sözləşmənin müddəti daha bir il uzadılıb.
Qeyd edək ki, Pokatilov 2025-ci ilin yanvarından “Sabah”ın uğurları üçün çalışır. O, son mövsümdə komandanın heyətində ümumilikdə 19 oyun keçirib.
Üzgüçülük Federasiyasının rəsmi maskotları artıq sizinlədir - Araz, Damla və Xəzər!
Mingəçevir Reqatası-2026" beynəlxalq turnirinə bu gün Füzulidə start veriləcək
Dünya çempionatında uğurla çıxış edən Azərbaycan gimnastları Vətənə qayıdıblar