Səudiyyə Ərəbistanının “Əl-Nəsr” klubu futbolçusu Kriştiano Ronaldo ilə yeni müqavilə imzalayacaq.
“İki sahil” xəbər verir ki, bu barədə insayder Fabritsio Romano məlumat yayıb.
O, yeni sözləşmənin 2 illik olacağını bildirib. Həmçinin, Ronaldonun Səudiyyə Ərəbistanı Pro Liqasıda ən yküsək maaşlı futbolçu olacağı bildirilib. Onun yeni müqaviləyə əsasən maaşının nə qədər olacağı hələlik açıqlanmayıb.
Qeyd edək ki, 40 yaşlı futbolçu 2023-cü ildən “Əl-Nəsr”də oynayır. Portuqaliyalı hücumçu başa çatan mövsümdə komandasının heyətində 41 oyuna çıxaraq 35 qol vurub və 4 qolun ötürməsini edib.
Üzgüçülük Federasiyasının rəsmi maskotları artıq sizinlədir - Araz, Damla və Xəzər!
Mingəçevir Reqatası-2026" beynəlxalq turnirinə bu gün Füzulidə start veriləcək
Dünya çempionatında uğurla çıxış edən Azərbaycan gimnastları Vətənə qayıdıblar