Türkiyənin “Kasımpaşa” komandasının yeni baş məşqçisi məlum olub.
“İki sahil” klubun rəsmi saytına istinadla xəbər verir ki, bu vəzifəyə gürcüstanlı tanınmış mütəxəssis Şota Arveladze gətirilib. Onunla bağlanan müqavilənin detalları açıqlanmayıb.
52 yaşlı çalışdırıcı daha əvvəl 2012-2015-ci illərdə İstanbul təmsilçisinə rəhbərlik edib.
Qeyd edək ki, “Kasımpaşa”da son olaraq baş məşqçi postunda Burak Yılmaz olub.
Üzgüçülük Federasiyasının rəsmi maskotları artıq sizinlədir - Araz, Damla və Xəzər!
Mingəçevir Reqatası-2026" beynəlxalq turnirinə bu gün Füzulidə start veriləcək
Dünya çempionatında uğurla çıxış edən Azərbaycan gimnastları Vətənə qayıdıblar