25 iyun 2025 00:30
175

İnsan beyni ölümdən əvvəl xatirələri bərpa etmək qabiliyyətinə malikdir - Neyrocərrah Zemmar

Beyin fəaliyyətinin tədqiqi sübut edib ki, ölüm anında insan yuxuya və ya xatirəyə bənzər bir şey yaşayır.

Bu barədə “Metro” qəzeti Luisvil Universitetinin neyrocərrahı Ajmal Zemmarın açıqlamasına istinadən məlumat yayıb.

Həkimin sözlərinə görə, belə nəticələr 87 yaşlı xəstənin ürək dayanmasından 30 saniyə əvvəl və sonra elektroensefaloqrammasının (EEQ) analizi sayəsində üzə çıxıb.

Zemmarın fikrincə, yuxu və ya xatirələrlə bağlı qamma göstəricilərində dinamika “ölümə keçid” zamanı və ondan sonra izlənilir. Beyin ömrün sonunda xəstənin son vacib xatirələrini təkrar istehsal etmək qabiliyyətinə malikdir.

Nubar Süleymanova, “İki sahil”