Fövqəladə Hallar Nazirliyinin “112” qaynar telefon xəttinə Sumqayıt şəhəri, Hacı Zeynalabdin qəsəbəsində yaşayış binasında yanğın baş verməsi barədə məlumat daxil olub.
FHN-in Mətbuat xidmətindən "İki sahil"ə verilən xəbərə görə, məlumatla əlaqədar dərhal əraziyə FHN-in Dövlət Yanğından Mühafizə Xidmətinin Sumqayıt şəhər Yanğından Mühafizə İdarəsinin qüvvələri cəlb olunub.
Yanğınsöndürənlərin çevik müdaxiləsi sayəsində beşmərtəbəli yaşayış binasının üçüncü mərtəbəsində yerləşən mənzildə baş vermiş yanğın genişlənməsinə, o cümlədən digər mənzillərə keçməsinə imkan verilmədən qısa müddətdə söndürülüb.
Yanğın nəticəsində ümumi sahəsi 55 kv.m. olan ikiotaqlı mənzilin bir otağının və eyvanın yanar konstruksiyaları 22 kv.m sahədə yanıb.
Mənzilin böyük hissəsi və digər mənzillər yanğından mühafizə olunub.
Azərbaycan və İƏT arasında korrupsiyaya qarşı mübarizə üzrə əməkdaşlıq müzakirə olunub
Ağdaşda partiya fəalları ilə VIII Qurultayın strateji hədəfləri müzakirə edilib
Dövlət icra məmuru vəzifəsinə qəbul üzrə müsabiqədə iştirak edən namizədlərin nəzərinə