“Turan Tovuz” komandası heyətini yeni futbolçu ilə gücləndirib.
“İki sahil” xəbər verir ki, klubdan verilən məlumata görə, bölgə təmsilçisi Kabo-Verde millisinin üzvü David Oliveyra Tavareş ilə 3 illik müqavilə imzalanıb.
“Benfika”nın yetirməsi olan yarımmüdafiəçi son olaraq Rumıniyanın “Buzau” klubunun formasını geyinib. 26 yaşlı oyunçu Portuqaliyanın aşağı yaş qrupları üzrə milli komandaları ilə yanaşı, “Moreyrense”, “Torreense” və “Familikau” klublarının şərəfini qoruyub.
Üzgüçülük Federasiyasının rəsmi maskotları artıq sizinlədir - Araz, Damla və Xəzər!
Mingəçevir Reqatası-2026" beynəlxalq turnirinə bu gün Füzulidə start veriləcək
Dünya çempionatında uğurla çıxış edən Azərbaycan gimnastları Vətənə qayıdıblar