Tanınmış rusiyalı MMA ulduzu, yüngül çəkidə keçmiş UFC çempionu Həbib Nurməhəmmədov sosial şəbəkə hesabında Azərbaycanla bağlı paylaşım edib.
“İki sahil” xəbər verir ki, o, Bakıda keçirilən UFC turnirinə görə təşəkkür edib:
“Azərbaycana buna görə təşəkkür edirəm. Buradakı iki gün heyrətamiz idi”.
Qeyd edək ki, UFC-nin Bakıda başa çatan turnirində Nurməhəmmədovun məşqçisi olduğu Taqir Ulanbekov qələbə qazanıb. O, qazaxıstanlı Maksum Azatı (Qazaxıstan) məğlub edib.
Üzgüçülük Federasiyasının rəsmi maskotları artıq sizinlədir - Araz, Damla və Xəzər!
Mingəçevir Reqatası-2026" beynəlxalq turnirinə bu gün Füzulidə start veriləcək
Dünya çempionatında uğurla çıxış edən Azərbaycan gimnastları Vətənə qayıdıblar