14 iyun 2025 21:47
134

Dembele "Qızıl Top" haqda danışdı

PSJ və Fransa millisinin futbolçusu Usman Dembele "Qızıl top" mükafatından danışıb. 

“İki sahil” xəbər verir ki, o, "France Football"a açıqlamasında deyib: 

"Futbolçu üçün "Qızıl top" şübhəsiz ki, Müqəddəs Qədəh kimidir. Uşaq vaxtından xəyal edilən bir hədəfdir. Xatırlayıram, televizorda futbolçuların "Qızıl top" almaq üçün növbəyə durduqlarını göstərirdilər. Bu, inanılmaz idi. Bu mükafat çox özəldir. Ümid edirəm ki, 30 namizəd arasında yer alacam. 

Karyeramda zədəli və uğursuz illərim də olub. Amma bu mövsüm yaxşı çıxış etdiyimi düşünürəm, indi görək nəticə necə olacaq. Adımın siyahıda olması əla olardı. Əsas favoritlər arasında olmaq özü də böyük uğurdur". 

Qeyd edək ki, başa çatan mövsümdə Usman Dembele PSJ ilə UEFA Çempionlar Liqasının qalibi olub. Bundan əlavə, komanda Fransa çempionatı, Fransa Kuboku və Superkubokunu da qazanıb. Fransalı vinger Paris təmsilçisinin heyətində 49 oyuna çıxaraq 33 qol vurub və 15 qolun ötürməsini edib. 

"Qızıl top" mükafatı bu ilin sentyabrında "France Football" jurnalı tərəfindən təqdim olunacaq.